QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jan 2022, 18:01
2021-ci ilin ən bahalı futbolçu transferi açıqlanıb

FIFA 2021-ci ilin ən bahalı transferlərini açıqlayıb.

Qalanews xəbər verir ki, siyahının ilk pilləsində İtaliya "İnter"indən İngiltərənin "Çelsi" klubuna keçən Romelu Lukaku qərarlaşıb.

Belçikalı hücumçu avqustda London təmsilçisinə transfer olunub. "Zadəganlar" təcrübəli forvard üçün qarşı tərəfə 115 milyon avro ödəyib.

Almaniyanın "Borussiya" (Dortmund) klubunu İngiltərə "Mançester Yunayted"inə dəyişmiş Ceydon Sanço 85 milyon avroluq transfer məbləği ilə ikinci olub.

İlk "3-lüy"ü "İnter"dən Fransa PSJ-sinə 60 milyon avroya keçən Əşrəf Hakimi qapayıb.




Baxış sayı: 318



OXŞAR XƏBƏRLƏR