QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Dec 2021, 23:57
Alek Bolduin: “Mən heç vaxt tapançanın tətiyini çəkməzdim”

Hollivud ulduzu Alek Bolduin operator Qalina Hatçinsin çəkiliş meydançasındakı ölümü ilə nəticələnən hadisələr barədə danışıb.

O, ABC kanalına müsahibə verib.

Qalanews oxu.az-a istinadən xəbər verir ki, aktyor qeyd edib ki, "Pas" (Rust) filminin çəkilişləri zamanı əsl güllənin tapancanın içərisinə necə daxil olması barədə "heç bir fikri yoxdur".

"Mən heç vaxt kiməsə silah doğrultmazdım və tətiyi çəkməzdim, heç vaxt", - deyə Bolduin bəyan edib.

Xatırladaq ki, oktyabrın 21-də operator Qalina Hatçins adıçəkilən filmin çəkiliş meydançasında öldürülüb, rejissor Coel Sousa isə yaralanıb. Filmin baş rol ifaçısı Alek Bolduin rekvizit kimi istifadə edilən silahla təsadüfən onlara tərəf atəş açıb. Silahda naməlum səbəbdən döyüş mərmisi olub.




Baxış sayı: 297



OXŞAR XƏBƏRLƏR