QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2023, 17:46
Bekhemlərin fotosu maraqla qarşılandı
İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhemin sosial şəbəkə hesabında paylaşdığı foto maraqla qarşılanıb.

“Qalanews” xəbər verir ki, o, instaqram hesabında həyat yoldaşı, dizayner Viktoriya Bekhemlə illər öncə çəkilmiş fotolarını paylaşaraq evliliklərinin 24-cü ilinin başa çatdığını bildirib.

“Bu gün, 04.07.99. 24 il birlikdə! Ən yaxşı həyat yoldaşı, ana və içki dostu (çox vaxt). Yubileyimiz mübarək, səni çox sevirəm”, - D. Bekhem yazıb.

Cütlüyün sözügedən fotosuna 5 saat ərzində 1 milyondan çox bəyənmə, minlərlə şərh gəlib.

Qeyd edək ki, Viktoriya gələcək əri Devidlə 1997-ci ildə “Spice Girls” qrupundan olan həmkarı Mel Si tərəfindən dəvət aldığı futbol matçında tanış olub. Tanışlıqdan bir il keçməmiş Viktoriya və Devid nişanlandıqlarını elan ediblər və 1999-cu ilin iyulun 4-ü evləniblər. İkilinin dörd övladı var: oğulları Bruklin, Kruz və Romeo və qızı Harper.




Baxış sayı: 255



OXŞAR XƏBƏRLƏR