QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2021, 21:23
XİN başçısı: "Azərbaycan GUAM Nəqliyyat Dəhlizi layihəsini dəstəkləyir"

ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın sədrliyi ilə GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşü keçirilib.

Qalanews xəbər verir ki, görüşdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pandemiya şəraitində GUAM üzv ölkələri ilə əməkdaşlıq, müxtəlif istiqamətlərdə GUAM çərçivəsində layihələrin həyata keçirilməsi, habelə müharibə sonrası bölgədə mövcud olan vəziyyət barədə həmkarlarına məlumat verib.

O vurğulayıb ki, GUAM çərçivəsində müxtəlif istiqamətlər, o cümlədən azad ticarət zonası, konsulluq, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyət kəsb edir. Azərbaycan GUAM Nəqliyyat Dəhlizi layihəsinin Şərq ilə Qərb arasında nəqliyyat və ticarətin əsas elementi kimi nəzərdən keçirir və bu layihənin reallaşmasını dəstəkləyir.

GUAM çərçivəsində parlament ölçüsü əməkdaşlığın əhəmiyyətli tərkib hissəsini təşkil edir və üzv ölkələrin parlamentarları arasında əməkdaşlığın genişləndirilməsi önəmlidir.




Baxış sayı: 268



OXŞAR XƏBƏRLƏR