QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2021, 13:28
Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcəklər

"Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur".

Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: "Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub".

Nazir müavini xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir: "Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər".




Baxış sayı: 228



OXŞAR XƏBƏRLƏR