QALA NEWS

09 May Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jul 2023, 14:12
Aİ Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb
Avropa İttifaqı (Aİ) Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb.

QalaNews.com xəbər verir ki, Aİ-nin Rusiyadakı Nümayəndəliyinin saytında dərc olunan bəyanatda belə deyilir.

Qeyd edilir, Rusiya ərzaqdan silah kimi istifadə edir, bütün dünyada taxıl tədarükündəki fasilələrə və ərzaq qiymətlərinin qlobal artımına görə bütün məsuliyyəti öz üzərinə götürür.

Avropa diplomatiyasının rəhbəri Cosef Borrell bildirib ki, Aİ qlobal ərzaq təhlükəsizliyi problemini həll etmək üçün ziyan çəkən tərəfdaş ölkələrlə işləməyə davam edəcək və taxıl təşəbbüsünün bərpası üçün bütün səyləri dəstəkləyəcək.

Qeyd edək ki, Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.




Baxış sayı: 272



OXŞAR XƏBƏRLƏR