QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2023, 11:58
ABF və BWF arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Badminton Federasiyası (ABF) ilə Dünya Badminton Federasiyası (BWF) arasında əməkdaşlıq memorandumu imzalanıb.

ABF-dən “Qalanews”a verilən məlumata görə, tədbir Malayziyanın paytaxtı Kuala-Lumpurda BWF-nin illik toplantısı çərçivəsində keçirilib.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Dünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Hoyer Larsen arasında imzalanan razılaşmaya əsasən, ABF Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə Afrikada badmintonun inkişafına dəstək olacaq.

Bildirilib ki, Azərbaycan dövləti və ABF üçün badminton vasitəsilə inkişaf etməkdə olan, həyat səviyyəsi aşağı ölkələrdə sosial həyatın, təhsilin səviyyəsinin artırılmasına dəstək prioritet istiqamətlərdəndir. Layihənin əsas məqsədi BWF və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Afrika ölkələrində bu idman növünün inkişafı və kütləviliyinə nail olmaqdır.

Azərbaycan Badminton Federasiyası layihə çərçivəsində Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada badmintonun inkişafına töhfə verəcək. Müqaviləyə əsasən, ABF qeyd olunan ölkələrin badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz edəcək.



Baxış sayı: 162



OXŞAR XƏBƏRLƏR