San-Marino rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib
San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Skarano və Adele Tonnini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
"Qalanews" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və şəxsən öz adımızdan səmimi təbriklərimizi çatdırmaq istərdik.
Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizin şəxsi uğurlarınız və bütün Azərbaycan xalqının firavan gələcəyi ilə bağlı ən xoş arzularımızı bildirir, yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".