QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 15:44
Lui Bono Qriqoryanla Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvanda görüşüb.

Qalanews xəbər verir ki, bu barədə Ermənistan TŞ mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər görüş zamanı Azərbaycanla Ermənistan arasında danışıqları müzakirə ediblər. Həmçinin Qarabağ ətrafında vəziyyət, Ermənistan-ABŞ münasibətləri də müzakirə mövzusu olub.

Görüşün maraq doğuran məqamı ondan ibarətdir ki, amerikalı diplomat Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündən dərhal sonra İrəvana gedib.



Baxış sayı: 131



OXŞAR XƏBƏRLƏR