QALA NEWS

13 May Bazar ertəsi

Bakı 17˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 15:27
Jelka Tsviyanoviç Azərbaycan Prezidentini təbrik edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Qalanews" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, ölkənizin daha də inkişafı naminə ən xoş arzularımı çatdırmaq istərdim.

Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə qəti inamımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram".



Baxış sayı: 137



OXŞAR XƏBƏRLƏR