QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 11:38
İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub”
“Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində ölkədə siyasi sistemin sabitliyi təmin olunub”.

“Qalanews” xəbər verir ki, bunu Həmid Həmidovun “Danışaq?” podkastının budəfəki qonağı olan politoloq İlqar Vəlizadə deyib.

“Ərdoğanın nailiyyətlərini iki istiqamət üzrə qiymətləndirmək olar: daxili siyasətdə sabitlik, xarici siyasətdə qətiyyət. Sabitlik siyasi sistemin bütün aktorlarının ümumi qaydalara riayət etməsi deməkdir”, - o bildirib.

Politoloqun fikrincə, Türkiyədə mümkün hakimiyyət dəyişikliyi Azərbaycanı narahat etməməlidir.

“Məsələn, Türkiyə ilə Şuşa Bəyannaməsi imzalamışıq. Bu ölkədə hakimiyyətə kim gəlirsə-gəlsin, bu bəyannamənin şərtlərini yerinə yetirməli olacaq”, - İ.Vəlizadə bildirib.

Politoloq bunun dövlətlərin uzunmüddətli maraqları ilə bağlı olduğunu vurğulayıb.

Bununla belə, İ.Vəlizadə ikinci turda məhz R.T.Ərdoğanın qalib gələcəyini təxmin edib.



Baxış sayı: 185



OXŞAR XƏBƏRLƏR