Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisində 13 yaşlı uşaq batıb.
Qalanews-ın yerli bürosunun xəbərinə görə, Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kür çayının Şirvan ərazisindən keçən hissəsində çimərkən boğulub.
***
17.13
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.
Qalanews xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.