QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 17:28
“Barselona” daha bir aparıcı futbolçusu ilə yollarını ayıracaq
İspaniyanın “Barselona” klubu daha bir aparıcı futbolçusu ilə yollarını ayıracaq.

“Qalanews” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi Serxio Busketsin ardından müdafiəçi Jordi Alba da gələn ay Kataloniya təmsilçisini tərk edəcək.

Bu mövsüm əsas heyətdəki yerini itirən 34 yaşlı sol cinah oyunçusu qərarını rəhbərliyə artıq bildirib. La Liqa çempionu ona aşağı maaşla yeni müqavilə təklif etsə də, futbolçu bununla razılaşmayıb. İspaniya millisinin üzvünün ayrılması xəbərini “Barselona” yaxın müddətdə rəsmən açıqlamağı planlaşdırır.

Qeyd edək ki, 2012-ci ildən “Barselona” formasını geyinən Jordi Alba 11 il ərzində 458 oyuna çıxıb, 27 qol vurub, 99 məhsuldar ötürmə verib.



Baxış sayı: 158



OXŞAR XƏBƏRLƏR