QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 May 2023, 12:07
"Səbail" rəsmisi qeyri-etik hərəkət edən futbolçu haqqında: "Cəzasını alacaq"
"Futbolçu cəzasını alacaq".

Bunu "Qalanews"a açıqlamasında "Səbail"in icraçı direktoru Fərəc Əliyev "Turan Tovuz"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXV tur matçında oyunçuları Qoba Zakpanın qol sevinci zamanı qeyri-etik hərəkət etməsi barədə danışarkən deyib.

Klub rəsmisi 31 yaşlı hücumçu ilə görüş olacağını bildirib: "Məsələni aydınlaşdıracağıq. Biz hələlik onunla danışmamışıq. Bu gün iclas olacaq və ictimaiyyətə xəbər verəcəyik".

Əliyev "portuqaliyalı forvard komandadan göndərilə bilərmi" sualını da cavablandırıb: "Əvvəlcədən heç nə demək istəmirəm. İlk olaraq futbolçunu dinləyəcəyik, sonra açıqlama verəcəyik".

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev də oyunçunun cəzalanmasını istədiklərini vurğulayıb: "Görüş zamanı epizodu görməmişdim. Dünən axşam göstərdilər. Bu, ilk belə hal deyil. Digər komandaların legioneri də qollar vuranda qeyri-etik hərəkətlər edirlər. Ümid edirəm ki, klublarda belələrinə təlim-tərbiyə keçərlər. Onlar hansı ölkədə oynadıqlarını anlamalıdırlar. Bu, bizim oyunçulara da aiddir. Komanda olaraq belə futbolçuların sərt şəkildə cəzalandırılmasının tərəfdarıyıq. Bizim oyunçu da olsa, cəza verilməlidir. Mən oynadığım dönəmi də xatırlayıram. Ədəbsiz jesti edənlər legionerlər olub. Baş məşqçimiz Ayxan Abbasov bütün futbolçulara rəqib baş məşqçi və oyunçularla sərt danışığı belə qadağan edir. Ümid edirəm ki, epizoda baxarlar və sərt cəza verərlər. Heç vaxt oyunçunun cəzalanmasını istəməmişəm. Amma dünənki epizoddan sonra bunu istəyirəm. Bizim qarşılaşmalara tribunadan xanım azarkeşlər də baxır".

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov məsələyə qısa şərh verib: "Baş hakim bunu protokolunda qeyd etməyibsə, komitə cəza verə bilər. Bu, pozuntudan və ya qərardan asılıdır. Onun qeyri-etik olub-olmaması araşdırılmalıdır".

Qeyd edək ki, "Turan Tovuz" - "Səbail" matçında ikincilərin hücumçusu Qoba Zakpa 90+3-cü dəqiqədə sonuncu qolu vurduqdan sonra qeyri-etik hərəkət edib.




Baxış sayı: 170



OXŞAR XƏBƏRLƏR