QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 14:14
İrandan Azəarbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb
Aprel ayının 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə  Qalanews-a  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən xəbər verilib.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 3 (üç) nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



Baxış sayı: 145



OXŞAR XƏBƏRLƏR