QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:29
Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü
Əvəz Zeynallı DTX-nin təcridxanasından köçürüldü
Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı təcridxana dəyişdirilib.

Qalanews.com-un  məlumatına görə, o, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından  Penitensiar Xidmətin tabeliyində olan 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Ə.Zeynallı rüşvət almaqda ittiham edilir. İttihama görə, o, həbsdə olan iş adamı Rasim Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Ə.Zeynallı barəsində cinayət işi başlanıb və ötən ilin avqustunda barəsində həbs qətimkan tədbiri seçilib. Həmin vaxtdan etibarən o DTX-nin təcridxanasında saxlanılırdı.

Hazırda iş üzrə istintaq gedir.



Baxış sayı: 124



OXŞAR XƏBƏRLƏR