QALA NEWS

03 May Cümə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi 09 Jan 2023, 01:01
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə işgüzar səfərə gəlib.

Nümayəndə heyətini Antalya hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri APA-nın 13-cü Plenar Sessiyasında çıxış edəcək, həmçinin onun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.





Baxış sayı: 191



OXŞAR XƏBƏRLƏR