QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 18:20
Xəzər suyunun Kürə qarışmasının qarşısını almaq üçün çayın Neftçala hissəsində maneələr yaradılır
Dəniz suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə Neftçalada çayın deltasında bəndbərkitmə işləri ilə yanaşı maneələr də yaradılır.

Qalanews-un Aran bürosunun məlumatına görə, artıq 15 günə yaxındır ki, rayonun Mayak kəndi ərazisindən keçərək Xəzər dənizinə qovuşan Kür çayının hər iki qolunun deltasında bəndbərkitmə işləri aparılır.

Bərkitmə işləri aparılmaqla yanaşı Kürün qarşısı sal daşlarla tutulur.

Sakinlərin sözlərinə görə, Kürün qarşısında bənd müəyyən hündürlüyə qədər bərkidiləcək, sonra çayın suyu həmin bəndin üzərindən axaraq Xəzər dənizinə töküləcək. Bununla da yay aylarında çayda suyun səviyyəsi aşağı olsa da, dəniz suyunun Kürə qarışmasının qarşısı alınacaq.

Hazırda son günlər intensiv yağış yağdığından Kürün deltasında işlər dayandırılıb. Hava şəraiti imkan verən kimi işlər yenidən davam etdiriləcək.



Baxış sayı: 199



OXŞAR XƏBƏRLƏR