QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Nov 2022, 18:06
“Gürcü Arzusu”: Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə icazə verilməyəcək
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze sabiq Prezident Mixeil Saakaşvilinin müalicə üçün xarici ölkəyə göndərilməsinə icazə verilməyəcəyini bildirib.

Qalanews-ın Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bunun Mixeil Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu məsələnin siyasi müzakirələrin mövzusu olmadığını qeyd edib.

Qeyd edək ki, Gürcüstanın həbs edilmiş üçüncü Prezidenti Mixeil Saakaşvili uzun müddətdir ki, Tbilisidəki klinikalardan birində müalicə alır. Vəkilləri Saakaşvilinin qanında civə, arsenik və digər zəhərli metalların aşkarlandığını, zəhərlənmə ehtimalının olduğunu bildirirlər.

Saakaşvilinin yaxınları və tərəfdarları onun müalicə almaq üçün xarici ölkələrdən birinə göndərilməsini tələb edirlər.



Baxış sayı: 221



OXŞAR XƏBƏRLƏR