QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Nov 2022, 17:36
Ekspert: “İranda hakimiyyət parçalanması yetişir, ciddi mübarizə gedir”
“İranda hakimiyyət daxilində parçalanma yetişir, yaxud bu, artıq baş verib. Bunu Əli Xameneinin bacısı qızı Fəridə Muradxanin həbsi sübut edir”.

“Qalanews” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov deyib.

Onun sözlərinə görə, bu fakt İrandakı vəziyyət baxımından çox vacib göstəricidir: “Xameneinin tərəfdarları iqtidara yaxın və ya hakimiyyətdə olan insanların kontinuumunun bir hissəsidir. Əlimizdə olan azsaylı xəbərlərə əsasən belə qənaətə gəlmək olar ki, hakim qrupda parçalanma yetişir və ya bu, artıq baş verib. Bu, etirazçılar və İrandakı vəziyyəti izləyənlər üçün çox mühüm siqnaldır”.

O, ölkədə kütləvi etirazların davam etdiyini xatırladıb: “Bu prosesdə elitaların parçalanması mühüm rol oynayır”.

Ekspert sonda vurğulayıb ki, bu, hakim qruplar və onlara yaxın olanların necə ciddi daxili mübarizə vəziyyətində olduğunu göstərir.



Baxış sayı: 228



OXŞAR XƏBƏRLƏR