QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Nov 2022, 14:37
Donbasda don vurmuş azərbaycanlı ailə tapıldı
Ukraynada müharibə davam edir.

Qalanews-in bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən axşam bütün Ukrayna boyu yenidən hava həyəcanı siqnalı verilib.

“Paytaxt Kiyevdə, eləcə də digər vilayətlərin əksəriyyətində kommunal xidmətlərlə bağlı məhdudiyyətlər davam edir. Bildirilir ki, elektrik enerjisindəki fasilələr səbəbindən yol qəzalarının sayı altı dəfə artıb”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, Ukraynada ağır döyüşlər xüsusilə Donetsk, Xerson, Nikolayev və Zaporojye istiqamətində gedir. Zaporojyedə atom elektrik stansiyası ətrafında mübarizə daha da gərginləşib.

O da bildirilib ki, Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında azərbaycanlı ailə − Hafiz Ağayev, onun həyat yoldaşı Marina Ağayeva və onların üç uşağının donmuş meyitləri tapılıb.



Baxış sayı: 180



OXŞAR XƏBƏRLƏR