QALA NEWS

28 Aprel Bazar

Bakı 17˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 Oct 2022, 14:56
Ukraynadakı döyüşlərdə 20 azərbaycanlı həlak olub - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya Belarus və Krım da daxil olmaqla, müxtəlif nöqtələrdən İran dronları və raketlərlə Ukraynanın istənilən nöqtəsini hədəf alır. Ölkədə hətta yolda gedən maşınlar belə hədəfdir.

Məlumata görə, ötən gecə Kiyev, Çerniqov, Donetsk, o cümlədən cənub cəbhəsində 25 kamikadze dronu məhv edilib.

O da qeyd edilib ki, Ukrayna Ordusu Xersonda irəliləyərək, şəhərin yaxınlığına çatıb. 

“Rusiya hərbi hissələri Dnepr çayının sol sahilinə keçməyə məcbur edilib. Ərazidə intensiv döyüşlər gedir”, - deyə jurnalist əlavə edib.

O da bildirilib ki, Ukrayna uğrunda gedən döyüşlərdə indiyə qədər 20 azərbaycanlı həlak olub.




Baxış sayı: 280



OXŞAR XƏBƏRLƏR