QALA NEWS

28 Aprel Bazar

Bakı 17˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 Oct 2022, 13:04
Stoltenberq İsveçin Türkiyə ilə imzaladığı sazişlə bağlı addımlarını təqdir edib
"Bizim hamımız İsveç və Finlandiya ilə Türkiyə arasında imzalanmış üçtərəfli sazişin vacibliyi barədə və eyni zamanda Türkiyənin legitim təhlükəsizlik narahatlığı barədə ortaq fikirdəyik".

QalaNews.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin Baş naziri Ulf Kristerssonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Mən bu sazişin müddəaları ilə bağlı İsveçin konkret addımlar atmasını alqışlayıram. Bura Türkiyəyə silahların satılması ilə bağlı qadağanın götürülməsi, terrorla mübarizədə əhəmiyyətli şəkildə inkişaf edən əməkdaşlıq, PKK da daxil olmaqla terrorçu təşkilatlara qoşulmaq və onun tərkibində iştirak etməyə qadağa, ekstradisiya və terror maliyyələşməsi ilə mübarizə sahəsində ortaq mexanizmin yaradılması barədə əməkdaşlıq daxildir", Stoltenberq deyib.



Baxış sayı: 269



OXŞAR XƏBƏRLƏR