QALA NEWS

03 May Cümə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 Oct 2022, 10:53
Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb
Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb.

Bu barədə QalaNews.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-sı saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb.

Araşdırma aparılır.



Baxış sayı: 239



OXŞAR XƏBƏRLƏR