QALA NEWS

06 May Bazar ertəsi

Bakı 13˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Oct 2022, 08:28
Türkiyədə kömür mədənində qəzada 28 nəfər ölüb - YENİLƏNİB-7 - VİDEO

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.

QalaNews.com xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.

***

03.01

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 25 nəfər ölüb.

QalaNews.com xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, müalicə olunan 11 yaralıdan dördü reanimasiyadadır, 1 nəfərin vəziyyəti ağırdır.

***

01.04

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 22 nəfər ölüb, 20 nəfər yaralanıb.

QalaNews.com xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, xəsarət alanlardan səkkizi reanimasiyadadır. Bir neçə xəstə digər şəhərlərə yola salınıb.

***

00.02

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 14 nəfər həlak olub, 21 nəfər xəstəxanaya yerləşdirilib.

QalaNews.com İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Suleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

***

22.46

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

QalaNews.com İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, hadisə yerinə 1 reanmobil, 31 TTY avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

***

22.28

Türkiyənin Bartin vilayətində kömür mədənində 12 nəfər xilas edilib.

QalaNews.com İstanbul müxbirinin verdiyi xəbərə görə, dağıntılar altında 35 nəfər qalıb.

***

21.45

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.

QalaNews.com İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil hadisəyə metan qazının partlamasının səbəb olduğunu bildirib.

O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.

***

21.18

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.

QalaNews.com İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.

Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.

***

20.40

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

QalaNews.com NTV-yə istinadla xəbərinə görə, hadisə yerinə xilasedicilər cəlb edilib.

Partlayışın səbəbi hələ ki, məlum deyil.




Baxış sayı: 265



OXŞAR XƏBƏRLƏR