QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 19:03
Qazaxıstan çağırışçı rusiyalıları geri verməyəcək

Qazaxıstan çağırışçı rusiyalıları geri verməyəcək.

Qalanews  “Kursiv”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Marat Axmetjanov məlumat verib.

Onun sözlərinə görə, Rusiya daxilində çağırışçılar barəsində axtarış elan edilməsinin hüquqi əsası yoxdur.

Nazir bildirib ki, Qazaxıstandan Rusiyaya təhvil verilməsi üçün onlar barəsində beynəlxalq axtarış elan olunmalıdır: “Söhbət səfərbərlikdən getmir. Mən səfərbərlikdən danışmıram. Mən cinayət əməllərindən bəhs edirəm”.

M.Axmetjanov deyib ki, hərbi komissarlıqların çağırışçılar barəsində axtarış elan etməsi onların təhvil verilməsi üçün hüquqi əsas sayılmır.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə göndərilmək üçün qismən səfərbərlik elan etdikdən sonra vizasız rejimin olduğu ölkələrə axın artıb.




Baxış sayı: 252



OXŞAR XƏBƏRLƏR