QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 13:17
Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

"Olimpiakos"un yeni transferi Marselo Yunanıstan təmsilçisindəki ilk oyununu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirə bilər.

Qalanews "Sentragoal" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.

Baş məşqçi Miçel Qonsales braziliyalı ulduz futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.

Marselonun oktyabrın 2-də "Atromitos"a qarşı Yunanıstan Super Liqasının VI tur matçında meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Baxış sayı: 235



OXŞAR XƏBƏRLƏR