Loading alternative title

GÜNÜN XƏBƏR MƏNZƏRƏSİ

alternative title

“Mançester Siti” Çempionlar liqasından xaric edilə bilər

14:20     24-Jan-2020     83

QALANEWS- xəbər verir ki, UEFA-nın klubların maliyyə nəzarəti departamenti yaxın günlərdə “Mançester Siti”-nin maliyyə feyr pleyi qaydalarını pozması barədə iclas keçirəcək. “The Guardian” xəbər verir ki, ittihamlar sübut olunduğu təqdirdə klub Çempionlar liqasından xaric edilə bilər. Qeyd etmək lazımdır ki, klubun 2012 və 2013-cu illər üzrə hesabatları etibarsız sayılır. “Mançester Siti” icazə verilən 45 milyon əvəzinə 180 milyon avro xərcləyib. Lakin “şəhərlilərin” rəhbərliyi bütün ittihamları rədd edir.

Ətraflı
alternative title

Bu gündən 4 nömrəli avtobuslar “BakıKart” sisteminə keçib

14:17     24-Jan-2020     236

Yanvarın 24-dən 4 nömrəli avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Ətraflı
alternative title

Bəy ölümcül virusa yoluxdu, toy təxirə salındı

14:16     24-Jan-2020     236

QALANEWS- xəbər verir ki,Çinin mərkəzi hissəsində yerləşən Uxan şəhərində konoravirusun yayılması gənc cütlüyün toyuna əngəl olub. “Vestnik Kavkaza”nın məlumatına görə, bəy və gəlin hakimiyyətin şəhərə giriş-çıxışı bağlamasına qədər Uxanı tərk edə bilməyib. Daha sonra həkimlər kişidə sətəlcəm əlamətləri aşkar ediblər. Qadının sözlərinə görə, hazırda nişanlısı hospitala yerləşdirilib və həkimlərin rəyini gözləyirlər.

Ətraflı
alternative title

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı artıb

14:15     24-Jan-2020     217

Keçən il ölkəyə 14 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. QALANEWS a Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, il ərzində idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağlar dəyəri 71,5 milyon ABŞ dolları olub. Xatırladaq ki, 2018-ci ildə 69,7 milyon dollarlıq 12,1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Ətraflı
alternative title

Noterdamın yanğından zərər görmüş eksponatlarının sərgisi keçiriləcək

14:14     24-Jan-2020     229

QALANEWS-xəbər verir ki, 2020-ci ilin yay aylarında parislilər və bu şəhərə səfər edən turistlər Paris-Noterdam kilsəsinin yanğından zərər görmüş sənət əsərləri və dini əşyaları ilə tanış ola biləcəklər. Bu barədə “France Bleu” radiostansiyasına Parisin arxiyepiskopu Mişel Opetinin kilsənin bərpası üzrə dövlət komitəsindəki nümayəndəsi, keşiş Jil Druen məlumat verib. Hazırlıqlarına başlanılan sərgi “Noterdamı yenidən görmək. Məbədin xəzinəsi onun divarlarından kənarda” adlanacaq. Ekspozisiyalar məşhur kilsənin yerləşdiyi ərazinin yaxınlığında nümayiş olunacaq. Sərgiyə giriş pulsuz olacaq. Ziyarətə gələn şəxslərin yanğından xəsarət almış məbədin bərpasına ianə toplamaq imkanı olacaq. Sərgidə kilsə sənəti nümunəsinin və katolik dininin 150 eksponatı nümayiş etdiriləcək.

Ətraflı
alternative title

Energetika Nazirliyi 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının icrasına nəzarət edəcək

14:12     24-Jan-2020     224

Energetika Nazirliyi 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının icrasına nəzarət edəcək. QALANEWS xəbər verir ki, bu barədə nazirliyin hesabatında deyilir. Bildirilir ki, "Azərbaycan Respublikasının 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Aidiyyəti qaydada təsdiq edilmiş balansın icrasına nəzarət nazirlik tərəfindən təmin olunacaq.

Ətraflı
alternative title

Oğlunun ağrılarına dözməyən ana onu öldürdü - FOTO

14:12     24-Jan-2020     239

Türkiyənin Ankara şəhərində ana on yaşlı oğlunu boğaraq öldürüb. QALANEWS-un xəbərinə görə, Nurhan S. oğlu Osman S.-nın qulaqlarının quruluşuna görə sinif yoldaşları uşağa lağ edib. Buna görə anası plastik qulaq əməliyyatı edilməsi üçün onu xəstəxanaya gətirib. Əməliyyatdan sonra oğluna qulluq edən qadın xəstəxanada onun yanında qalıb. İki gün sonra qadın oğlunu xəstəxananın tualetinə aparıb və boğaraq öldürüb. Daha sonra o, avtomobil yoluna çıxaraq intihar etmək istəsə də, bacarmayıb və xəstəxananın təcili yardım şöbəsinə gələrək oğlunu öldürdüyünü etiraf edib. Məhkəmədə verdiyi ifadəsində o deyib ki, əməliyyatdan sonra oğlunun ağrımasına dözə bilməyib: “Mən oğlumu çox sevirdim. Xəstəxanada mənə dedi ki, ana, canım çox ağrıyır, gəl bərabər dua edib ölək. Oğlumu cənnətə gedəcək deyə öldürdüm. Peşmanam”, - deyib. Vəkili isə onun gənc yaşda istəmədiyi adama zorla ərə verildiyini, həmin şəxs tərəfindən şiddətə məruz qaldığını, oğlunu öldürəndən sonra psixoloji xəstəxanada müalicə olunduğunu və ağlının yerində olmadığını qeyd edib. Məhkəmə qərarı ilə qadın ömürlük azadlıqdan məhrum edilib.

Ətraflı
alternative title

Şirkət rəhbəri işçilərinə belə cəza verdi

14:07     24-Jan-2020     196

QALANEWS-xəbər verir ki, Çində şirkət rəhbəri işçilərini qəribə üsulla cəzalandırıb. “Daily Mail”in xəbərinə görə, Çanqçun şəhərində şirkət rəhbəri işçilərini iməkləməyə məcbur edib. İşçilər “and içirəm, öz günahımdır” deyərək, üç dəfə dairə vuraraq iməkləyiblər. Buna səbəb onların işlərinin öhdəsindən gələ bilməməsi olub. Şirkət rəhbəri bunu işçilərin könüllü etdiyini deyib: “Əgər onlar özləri istəməsələr, bunu onlara güclə kim etdirə bilərdi ki?!” Belə hadisəyə Çində ilk dəfə rast gəlinmir. Ötən il Tenqzhou şəhərində bir şirkət rəhbəri işçilərini cəzalandıraraq onları küçədə sürünməyə məcbur edib. Görüntülər sosial mediyada yayımlanandan sonra ictimai qınaqla qarşılaşan şirkət rəhbəri bunun reklam xarakterli video olduğunu deyib.

Ətraflı
alternative title

Dekabrda ölkədə 288 minik avtomobili istehsal edilib

14:06     24-Jan-2020     213

Ötən ilin dekabrında ölkədə 288 minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, il ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 16 milyon manatlıq məhsul istehsal edilib. Həmçinin ötən ay 4 traktor istehsal olunub.

Ətraflı
alternative title

Bu məşhurun yaşını eşidənlər HEYRƏTƏ GƏLİR - Heç bir estetik əməliyyatı yoxdur

14:05     24-Jan-2020     198

Son günlərdə Cem Yılmazdan ayrılması ilə gündəmə gələn 47 yaşlı aktrisa Defne Samyeli üzündə heç bir estetik əməliyyat keçirmədiyini deyib. Aktrisa qonaq olduğu radio verilişdə bir sıra iddialara cavab verib. "Vallah heç bir estetik əməliyyat yoxdur. Kiçik toxunuş belə... İstəyən inansın, istəməyən inanmasın. Olsa, söyləyərəm. Çünki estetik əməliyyat etdirməli olan şəxs mənəm. 30 ildir ki, sənətdəyəm. Hər kəs istənilən estetik müdaxilələr etdirir”. 47 yaşı olmasına baxmayaraq, ideal bədən quruluşu və elastik dəriyə sahib olan Defne üz yoqası etdiyini bildirib: "Üz yoqası ilə illərlə məşğul oldum. Mən bu işləri keçmişdə etmişəm, hazırda ehtiyac yoxdur”.

Ətraflı
alternative title

Yerevan polisinə “Komissar Kattani” rəhbərlik edəcək

14:04     24-Jan-2020     245

QALANEWS-xəbər verir ki,Polis polkovniki Armen Qasparyan Yerevan Polis İdarəsinin rəisi təyin edilib. Bu barədə shamshyan.com xəbər verib. Bildirilir ki, müvafiq əmri Ermənistanın polis rəisi vəzifəsini icra edən Arman Sarkisyan verib. Mənbənin sözlərinə görə, öz sahəsində mütəxəssis sayılan A.Qasparyan hüquq-mühafizə sistemində “Komissar Kattani” kimi tanınıb. Yerevanın polis rəisi təyin olunmazdan əvvəl A.Qasparyan Tavuş regional polis idarəsinə rəhbərlik edib.

Ətraflı
alternative title

Çində konsert verən italiyalı müğənni ölümcül virusa yoluxdu

14:02     24-Jan-2020     214

QALANEWS-xəbər verir ki,İtaliyanın Bari şəhərində qadın koronavirusa yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Bu barədə “La Repubblica” xəbər yayıb. Nəşr bildirib ki, xəstəxanaya yerləşdirilən qadın Çinin Uxan şəhərinə qastrola gedən müğənnidir. Qeyd edək ki, dəhşətli epidemiya da məhz həmin şəhərdə başlayıb. Qadında qızdırma və öskürək müşahidə olunub. Müğənninin adı açıqlanmır. Hazırda o, mütəxəssislərin nəzarəti altında tibbi təcridxanadadır. Qadının analizlərini Romada “Lazzaro Spallanzani” İnfeksion Xəstəlikləri Milli İnstitutuna yollayıblar. Xatırladaq ki, sözügedən epidemiya sürətlə yayılır. Yanvarın 24-nə olan məlumata görə, Çində təhlükəli xəstəliyə yoluxanların sayı kəskin artaraq 849 nəfərə çatıb (dünən rəsmi məlumatlarda 617 nəfər göstərilirdi). Onlarda 177-sinin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, ölümcül virusa yoluxan 26 nəfər həyatını itirib. Eyni zamanda, Rusiyada, Yaponiyada, Cənubi Koreyada, Taylandda, ABŞ-da, Vyetnamda və Səudiyyə Ərəbistanında bir neçə hal qeydə alınıb.

Ətraflı
alternative title

Fahriye hər bölümə görə 100 min tələb edir

14:01     24-Jan-2020     244

3 ildir ekranlardan uzaq düşən türkiyəli aktrisaFahriye Evcengeri qayıtmağa hazırlaşır. QALANEWS-a istinadən bildirir ki,6 serial təklifini rədd edən aktrisanın sentyabrda çəkilişlərə başlayacağı deyilir. Əvvəllər hər bölüm üçün 70 min lirə (təxminən 20 min manat) tələb edən aktrisa indi 100 min lirə (təxminən 29 min manat) məvacib istəyir.

Ətraflı
alternative title

Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək

13:59     24-Jan-2020     213

Əməkdar artist, Dövlət Mükafatı laureatı Səməndər Rzayevin 2020-ci il 2 yanvar tarixində anadan olmasının 75 ili tamam olub. QALANEWS- xəbər verir ki, yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunan “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunacaq və fotoşəkillərdən ibarət sərgi keçiriləcək. Qeyd edək ki, Səməndər Mənsim oğlu Rzayev 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində aktyorluqla məşğul olub, 1964-1968-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərovdur. O, Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə görə 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Ətraflı
alternative title

Bakı polisi uşaqları oğurlamaq istədiyi deyilən qadını tapdı

13:58     24-Jan-2020     721

Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb. Bu barədə QALANEWS-ə açıqlamasında Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib. Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur: "Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".

Ətraflı
alternative title

"Ərimin nişan üzüyünü də satdım" - Elnarə

13:55     24-Jan-2020     212

"İnsan bəxti təmtəraqlı toyda, üzükdə, güzgüdə deyil. İnsan özü-özünü idarə edir". QALANEWS- xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Şou ATV" verilişində deyib. Sənətçi illər əvvəl başına gələn hadisədən danışıb. O bildirib ki, iflas olub və hər şeyini satıb: "Toylara çox baha qiymətə gedirdim. Tar-kamanla işləyirdim. Yaxşı imkanım var idi. Həmin imkanın, xoşbəxtliyin qabağında qəribə sınaq oldu. Gedib kiminsə cibinə girməli deyildim ki... Başladım hər şeyi bir-bir satıb yedim. Elə məqam gəldi ki, heç nə qalmadı. Elxanın (həyat yoldaşı - red.) barmağındakı üzüyü və özümünkün çıxarıb aparıb satdım. İndi ondan qat-qat baha üzük aldım ona. Sən demə, o da pulunu yığıb mənə üzük alıb".

Ətraflı
alternative title

Azərbaycanda iş yerində 3 nəfəri cərəyan vurdu

13:54     24-Jan-2020     234

Tovuzda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub. Hadisə Bakı-Qazax-Gürcüstan yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb. Yeni tikilən Gəncə-Gurcüstan yol tikintisində çalışan Tovuz sakinləri - 44 yaşlı Suliddin Abdullayev, Nihad Xudayi və 40 yaşlı Ayət Abduləzizov tikinti işləriylə məşgul olan zaman onları elektrik vurub. Yaralılar ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra xəstələrin vəziyyəti ağır olduqlarından Gəncə şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
alternative title

Bakıda daha 2 ASAN xidmət mərkəzinin tikintisinə başlandı

13:36     24-Jan-2020     484

Bakı şəhərində daha 2 ASAN xidmət mərkəzi inşa edilir. Bu barədə ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib. Onun sözlərinə görə, hazırda ölkədə16 ASAN xidmət mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. ​Bu il Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə ASAN xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. ​Prezident İlham Əliyev Bakı şəhərində iki, Sumqayıtda bir yeni, həmçinin Naxçıvanda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb". E.Niftəliyev əlavə edib ki, hazırda ASAN xidmət mərkəzlərində dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. ​Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100%-ə yaxındır".

Ətraflı
image title here

Some title