Loading alternative title

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbər və işçi heyəti Fəxri Xiyabanı ziyarət etdilər. Baş idarənin rəisi Raqif Abbasov bildirib ki,

Milli qəhrəmanımızın şücaətindən 10 il keçməsinə baxmayaraq Azərbaycan gəncliyi üçün Mübariz İbrahimov qəhrəmandır simvoldur. Cənab Prezidentimizin şəhid ailələrinə Qarabağ qazilərinə olan münasibəti və onlara hər dəfə göstərilən qayğı Milli qəhrəmanlıq və hərbi vətənpərvərlik haqqında dediyi fikrlər bu gün hər bir gənc tərəfindən rəğbətlə qəbul olunur. 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa  sonra isə öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.