Loading alternative title

Bu gün yüzlərlə azərbaycanlı gənc müxtəlif ölkələrdə Azərbaycanı təmsil edir. Onların bir çoxu təhsillərini dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında davam etdirərək, ölkəmizin milli maraqlarını xaricdə yüksək səviyyədə müdafiə edirlər. 

Azərbaycanı xaricdə uğurla təmsil edən gənclərdən biri də 26 yaşlı Allahverdi Hacıyevdir. Allahverdi 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Ailədə iki qardaşdırlar.

Hər bir tələbənin bir gün xaricdə təhsil almaq arzusu olur. Allahverdi də onlardan biridir. Ciddi səyləri və zəhməti nəticəsində onun arzusu gerçəkləşir. 

Bu gün Allahverdi Koreyada rəsmi olaraq model və aktyor kimi çalışan ilk azərbaycanlıdır. 26 yaşlı gənc uğurları ilə Azərbaycanı təmsil etməyə davam edir.

Cənubi Koreyanın paytaxtı Seulda və model fəaliyyəti dünyaca məhşur “Naver” axtarış sistemi tərəfindən rəsmi şəkildə təsdiq edilən ilk azərbaycanlı, 26 yaşlı Allahverdi Hacıyevlə müsahibəni təqdim edir:

Xatırladaq ki, “Naver” Koreyanın və bir çox digər ölkələrin istifadə etdiyi ən məhşur axtarış sistemidir. Bu sistem, xüsusi statistika əsasında, reytinqləri əsas götürərək məhşurların siyahısını hazırlayır.

- Bir qədər özünüz barədə məlumat verin, oxucular sizi tanısın.

- Mən - Hacıyev Allahverdi Vaqif oğlu 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. Bir qardaşım var. Orta və ali təhsilimi Azərbaycanda almışam. 2012-ci ildə üçüncü qrup üzrə qəbul imtahanlarından 608 bal toplamışam. Parlaq gələcək qazanmaq üçün təhsilimə hər zaman diqqət etmişəm.

 Necə oldu ki, Koreyaya getdiniz?

 Xarici ölkələrdən birində təhsil almaq, fəaliyyət göstərmək, ölkəmizi təmsil etmək hər bir gəncin arzusudur. Mən Koreyaya gəlməzdən öncə çox maraqlandım. Daha sonra təhsillə bağlı səfirliyə müraciət etdim. Səfirlikdə imtahan verən 20 nəfər arasında birinci oldum.

Müsahibə mərhələsini uğurla keçdim və Koreyada hökümətin hesabına beş illik təqaüdlə təhsil almaq hüququ qazandım. Təhsilimi isə Sunkkyunkvan universitetində Biznesin idarə edilməsi fakültəsində davam etdirdim.

- Hazırda Koreyada model və aktyor kimi çalışan ilk 

azərbaycanlısınız. Həmyaşıdlarınız arasında ilk azərbaycanlı olmaq necə hissdir? 

- Təbii ki, zəhmətinin bəhrəsini görmək çox gözəldir. Mən çox çalışdım və buna nail oldum. Bəli, bu gün Koreyada model və aktyor kimi çalışan ilk azərbaycanlı gənc mənəm. Bir azərbaycanlı kimi Koreya televiziyasına çıxmaq, ölkəmizin adını hallandırmaq çox qürurvericidir.

Burada təxminən 300-ə yaxın reklam çarxlarında rol almışam. Kino aktyoru kimi “Naverde” məhşurlar siyahısında adı olan ilk azərbaycanlıyam. Buradakı əksər azərbaycanlı gənclər ya hələ təhsil alır, ya da özəl şirkətlərdə çalışırlar.

- Artıq neçə ildir Koreyada yaşayırsınız?

- Altı ildir Koreyada yaşayıram. İlk dəfə bura 2014-cü ildə fevral ayının 24-də gəldim. Gəldiyim il Koreya dilini öyrənmək üçün kurslara yazıldım. Bu illər ərzində bir çox çətinliklərlə üzləşdim. Dili öyrənmək çətindir.

Amma müəllimlər bütün tələbələrə qayğı və səbrlə yanaşaraq, dili öyrənmələrinə kömək edirlər. Bir sıra problemlərim olsa da, hüquqşünasım, çalışdığım şirkət və şəxsi menecerimin yardımları sayəsində bütün çətinliklərin öhdəsindən gəlirdim.  

 Bildiyim qədər, reklamlarla yanaşı, Koreya filmlərində də rol almısınız. Bu barədə danışardınız.

- Təhsil aldığım Sunkkyunkvan universitetini bitirdikdən sonra çoxsaylı reklam təklifləri almağa başladım. Xarici görünüşüm, Koreya dilini yaxşı bilməyim, onlarla rahat ünsiyyət qurmağım insanlarda mənə qarşı diqqət oyadırdı.

Reklam və kino çəkilişlərində yer almaqla yanaşı, əsas məqsədim, Koreya televiziyalarından birində azərbaycanlı kimi proqram aparmaq idi. Bu gün mən bu arzuma bir addım daha yaxınlaşmışam. Koreyanın məhşur 6 televiziya proqramından dəvət almışam. 

  • Paylaş:

  • Taqlar:

Ramile

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:25     04-Apr-2020     210
  • alternative title 15:31     04-Apr-2020     250
  • alternative title 15:27     04-Apr-2020     225
  • alternative title 13:38     04-Apr-2020     224
  • alternative title 12:58     04-Apr-2020     195
image title here

Some title