Loading alternative title

Orduya laqeyd münasibətin davam etməsi Ermənistanda bu gün ən böyük narazılıq yaradan faktorlardan biri olaraq qalmaqdadır. Elə bundan irəli gəlir ki, düşmən ordusunun istər döyüş, istərsə də qeyri-döyüş şəraitində itkiləri artmaqda davam edir.

Xüsusən də Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri böyük problemlər içərisindədir. Ermənistan cəmiyyətini, ailələrini yenə narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir.  Bu fonda isə Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Özü də bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədənkənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır.

Məhz belə bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə orduda cəmi  49 nəfər itki olması ilə öyünməsi cəmiyyətdə növbəti narazılığa rəvac verib. Erməni mediası yazır  ki, baş nazirin belə bir açıqlaması və itkilərin azılığı ilə fəxr etməsi sadəcə biabırçılıqdır. Məhz bu fonda orduda problemlər yenidən gündəmi zəbt etməyə başlayıb.  Ermənistanda fəaliyyət göstərən “Navur” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Aram Nikoyan bildirir ki, ordunun problemləri əvvəlki kimi qalmaqdadır. O bildirir ki, orduda ölən erməni əsgərlərin çoxu yoxsul ailələrin uşaqlarıdır. Erməni gəncliyinin məhvə getdiyini deyən Nikoyan Ermənistan ordusundakı rüşvətxorluq və cinayət hallarını qeyd edib. O vurğulayıb ki, Dağlıq Qarabağda xidmətdə olan erməni əsgərlərin maddi-texniki imkanları yox dərəcəsindədir: “Onların qidalanmasında problemlər var. Ordudakı ağır vəziyyət Ermənistan gənclərini qorxudur. Orduda kadr çatışmazlığı isə ciddi problemlərə yol açır. Ermənistan ordusunda gizir və çavuşların azlıq təşkil etməsi səbəbindən hərbi tapşırıqlar azyaşlı əsgərlərə həvalə olunur”. Erməni vəkil Norayr Norikyan da vəziyyətin ağır olduğunu bildirir: “Ermənistan Silahlı Qüvvələrinin ən dərin faciələrindən biri budur ki, insan taleləri statistika obyekti hesab olunur və statistik məlumatların yaxşılaşmasının göstərilməsinə cəhd edilir”. O qeyd edib ki, qeyri-döyüş şəraitində ən azı bir itkinin olması Ermənistan silahlı qüvvələri üçün rüsvayçılıqdır: “Mən hesab edirəm ki, dərin təhlillər, araşdırmalar həyata keçirilməlidir və bu say sıfıra çatdırılmalıdır. Təqdim olunan saylara gəlincə, ötən  il orduda itkilərin sayı 49 olub. Bu sayı aylara bölsən, bu o deməkdir ki, hər ay 3-4 itki veririk. Bizim kiçik ölkəmiz üçün bu sadəcə fəlakətli saydır”.

Norikyan bildirib ki, Ermənistan silahlı qüvvələrində faciələrin böyük hissəsi kriminal davranışların mövcudluğu məsələsidir: “Mən sual vermək istəyirəm. Ölmüş əsgərlərin valideynlərinin məsələlərinə yekun həll vermək olar? Müxtəlif komissiyalar yaratmaqla, monitorinqlər həyata keçirməklə biz bu problemi həll etməyəcəyik. Cinayət işlərinin sahibi İstintaq Komitəsi və prokurorluqdur. Bu iki orqan sadəcə gözlərini bağlamağa, işin kimlə əlaqədar olduğunu görməməyə və obyektiv istintaq həyata keçirməyə borcludur. Müəyyən olunsa ki, həqiqətən də günahkarlar var, tutduğu vəzifədən, kim olmağıdan asılı olmayaraq onları məsuliyyətə cəlb etmək lazımdır. Qırmızı xətt çəkmək lazımdır ki, insan qanının, əsgər qanının qiyməti yoxdur. Əsgər qanına görə heç kim məsuliyyətdən yayına bilməz, vəssalam”.  Media isə yazır ki, Ermənistan silahlı qüvvələri aztəminatlı ailələrin uşaqlarının ölümü üçün mövcuddur. Yüksəkvəzifəli şəxslərin övladları isə orduda xidmət etməkdən çəkinirlər. Bu səbəbdən onlar Ermənistanda yox, xaricdə yaşayırlar. Bu ölkənin ordusu əvvəlki qaydada xaos və cinayət mənbəyi sayılır. Erməni mediası isə məsələnin daha bir maraqlı tərəfinə diqqət çəkərək yazır ki, krminal ünsürlərin sayının orduda davamlı şəkildə artması da prosesə əsaslı surətdə təsir edir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbçilər arasında alçaltma, fiziki və cinsi təzyiqlərə məruz qalma, özbaşınalıq nəticəsində baş verən cinayət hadisələrinin sayının durmadan artmasının bir səbəbi də məhz cinayətkarların orduya yol tapmasıdır.  Görünən həm də budur ki, yaxın dövr ərzində erməni ordusunda acınacaqlı vəziyyət daha da pisləşməyə doğru gedəcək. Orduda cinayət hallarının sayının durmadan artması, qeyri-döyüş şəraitində itkilər, yüksək çinli hərbçilərin orduya sadəcə gəlir mənəbyi kimi yanaşması və digər belə hallar da qeyd olunanların təsdiqidir. Təbii ki, bu şəraitdə ermənilərin Azərbaycan ordusu qarşısında duruş gətirməsi sadəcə mümkünsüzdür. Elə bu səbəbdən Qarabağ münaqişəsinin hərbi həlli gündəmə gəldiyi halda erməni tərəfi hansı böyük zərbələri alacağını yaxşı bilir. Real vəziyyətdə Azərbaycan ordusunu istər şəxsi heyət, istərsə də hərbi texnika ilə təminat baxımından gücləndirdiyi halda, Ermənistanda bütün bunların tam əksi yaşanır. Görünən budur ki, qarşıdakı dövr ərzində erməni ordusunun probleməlri sadəcə dərinləşməkdə davam edəcək.

  • Paylaş:

  • Taqlar:

Admin

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 11:37     24-Feb-2020     324
  • alternative title 17:38     22-Feb-2020     1724
  • alternative title 17:13     22-Feb-2020     1564
  • alternative title 15:57     22-Feb-2020     1514
  • alternative title 15:54     22-Feb-2020     309
image title here

Some title