Loading alternative title
alternative title

YAP üzvünün namizədliyi qeydə alınmayıb

18:56     15-Jan-2020     595

Yeni Azərbaycan Partiyasının (YAP) üzvünün namizədliyi qeydə alınmayıb.

“QALANEWS” xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınmayan Topçuyev Azər Yusif oğlu MSK-ya müraciət edib.

Onun müraciəti haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, A.Topçuyev müraciətində qeyd edib ki, dairə seçki komissiyasına inanmır və ona görə də sənədlərini təqdim etməyib:

“O bildirib ki, sənədlərini valideynlərinin iştirakı ilə DSK-ya təqdim etmək istəyir. Lakin valideynləri gəlsə də, yenə də sənədlərini təqdim etməyib. Belə olan halda isə onun namizədliyi qeydə alınmayıb. Amma o, sonradan MSK-ya namizədliyinin qeydə alınmaması barədə şikayət edib. MSK həmin şikayəti araşdırıb”.

Məsələ MSK-nın iclasında müzakirə olunub və DSK-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən YAP üzvü Topçuyev Azər Yusif oğlu 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmayıb.


  • Paylaş:

  • Taqlar:

aytac

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 13:58     24-Jan-2020     721
  • alternative title 13:54     24-Jan-2020     234
  • alternative title 13:17     24-Jan-2020     215
  • alternative title 13:08     24-Jan-2020     225
  • alternative title 13:06     24-Jan-2020     1111
image title here

Some title