Loading alternative title
alternative title

Bu universitetdə magistratura ilə bağlı YENİLİK

18:23     15-Jan-2020     4270

Təhsil naziri Ceyhun Bayramov Strasburq Universitetinin prezidenti Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Fransanın Azərbaycandakı səfiri Qros Zakari də iştirak edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsinin iki ölkə arasında təhsil əlaqələrinin hərtərəfli inkişafında yeni bir mərhələ təşkil etdiyi və UFAZ-da magistraturanın yaradılmasının bu əlaqələrin inkişafına müsbət töhfə verəcəyi vurğulanıb.

Fransa tərəfi ilə aparılan danışıqlara əsasən, 2020-2021-ci tədris ilindən etibarən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq. UFAZ-ın magistratura proqramının ümumi strukturu həmin təhsil müəssisəsinin bakalavriat proqramına əsasən təşkil ediləcək. Magistratura pilləsində təhsilin 2 il müddətinə 3 ixtisas (Tətbiqi kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi) üzrə aparılması və hər il bütün ixtisaslar üzrə 80 tələbənin qəbulu nəzərdə tutulub. Sonda məzunlara həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həm də Strasburq Universitetinin diplomları veriləcək.

Qeyd edək ki, hazırda UFAZ-da 538 tələbə təhsil alır. 2019-2020-ci tədris ilində UFAZ-ın ilk məzun buraxılışı olacaq.

  • Paylaş:

  • Taqlar:

aytac

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:52     06-Aug-2020     2143
  • alternative title 16:46     06-Aug-2020     2168
  • alternative title 15:44     06-Aug-2020     2832
  • alternative title 14:29     06-Aug-2020     2486
  • alternative title 12:03     06-Aug-2020     3038
image title here

Some title