Loading alternative title

Xəbər verdiyimiz kimi, çimərlik güləşi üzrə millimizin ilk baş məşqçisi Oyan Nəzəriani təyin edilib.

Azərbaycan Güləş Federasiyasının saytı xəbər verir ki, bu gün rəhbərliyin iştirakı ilə keçirilən iclasda Oyan Nəzəriani təyinatından danışıb:

“Ötən il federasiya bizi çimərlik güləşi üzrə beş yarışa göndərdi. Nəticələr də yaxşı oldu. Artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib. Həmin zal qış aylarında da məşq etməyə imkan verəcək. Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun”.

Qeyd edək ki, İran azərbaycanlısı olan Oyan Nəzəriani əvvəllər ağır çəkidə Yunan-Roma güləşi üzrə millimizin üzvü olub. Daha sonra çimərlik güləşində Azərbaycanı təmsil edən idmançı +90 kiloqram çəki dərəcəsində Xorvatiyanın paytaxtı Zaqrebdə Dünya Seriyasının final mərhələsinin qalibi olub.

Çimərlik güləşi yeniyetmələrin Olimpiya Oyunlarına daxil edilib və gələcəkdə əsas Olimpiadanın proqramına salınması da istisna olunmur.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:34     31-Oct-2020     1220
  • alternative title 12:02     31-Oct-2020     1403
  • alternative title 11:08     31-Oct-2020     1179
  • alternative title 10:49     31-Oct-2020     379
  • alternative title 10:34     31-Oct-2020     378
image title here

Some title