Loading alternative title

“Çapar” tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin vəfatının 65-ci ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub.

Dərgidə Azərbaycanın tanınmış alimlərinin - Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Aydın Balayev, Mehdi Gəncəli, Əfqan Vəliyevin yazıları dərc edilib.

Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya Müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub.

Xüsusi buraxılışda Rəsulzadənin həyat yoldaşı Leyla xanımla bir müddət qonşu olmuş türkiyəli iqtisadçı Bülent Danişoğlunun müsahibəsi də yer alıb.

Dərginin xüsusi buraxılışının və Rəsulzadənin 1930-cu ildə Fransada çap olunmuş “Azərbaycan müstəqillik uğrunda mübarizə yolunda” kitabının tərcüməsinin ilk nüsxəsi M.Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə təqdim olunub.

Qeyd edək ki, “Çapar” tarix jurnalı 2018-ci ilin dekabrından çap olunur, təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməddir.


  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:34     31-Oct-2020     1259
  • alternative title 12:02     31-Oct-2020     1403
  • alternative title 11:08     31-Oct-2020     1247
  • alternative title 10:49     31-Oct-2020     379
  • alternative title 10:34     31-Oct-2020     378
image title here

Some title