Loading alternative title

ABŞ Dövlət katibi Mayk Pompeo Süleymaninin ölümündən sonra dünya daha təhlükəsiz oldu deyib.

O, bildirib ki, yalnız "Əl-Qaidə" terror qruplaşmasının keçmiş lideri Usama Ben Laden İran generalı Qasım Süleymanidən daha çox amerikalı öldürüb.

"Usama Ben Laden istisna olmaqla, əlində Süleymanidən daha çox amerikalının qanı olan başqa bir terrorçu yoxdur. Süleymani 600-dən artıq ABŞ vətənpərvərini öldürüb. Onun ölümündən sonra dünya daha təhlükəsiz oldu", - Pompeo bildirib.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu QALANEWS-a danışıb. O, bildirib ki, Qasım Süleymaninin mənsub olduğu İslam Keşikçiləri Korpusu Amerikada bir müddət öncə terrorçular siyahısına salındı. Aydındır ki, onun liderini də amerikalılar terrorçu kimi qələmə verirlər. Halbuki digər dövlətlər İslam Korpusu ilə bağlı fərqli mövqedədilər. Yəni, Qasım Süleymanini terrorçu yox, İran generalı hesab edirlər. Yalnız Amerika onu terrorçu adlandırır və ona görə onu qətlə yetirdi.

Amerika onu niyə öldürmək istəyirdi və nəyə görə deyirdilər ki, o Amerikaya böyük ziyan vurub?

Çünki Qasım Süleymaninin rəhbəri olduğu Əl Qüds qrupu İrandan kənarda əməliyyatlar həyata keçirirdi. Amma amerikalılar hesab edirlər ki, İraqda olan şiə qruplarını Qasım Süleymani formalaşdırıb və amerikalı hərbçilərin ölümündə onun əli olub. Ona görə də onu neytrallaşdırdılar. Qeyd edim ki, Qasım Süleymanini neytrallaşdırmaqda Amerikanın başqa bir məqsədi, İranın yaxın ölkələrdəki əməliyyatlarına son vermək idi. Çünki Qasım Süleymani çox güclü general idi. Yəməndə, İraqda, Suriyada, Livanda şiə qruplarına maliyə, texniki dəstək verirdi, onları Amerika, İsrail maraqlarına qarşı formalaşdırırdı. Ona görə də Amerika bu cür generalı təhlükə sayırdı. İranın bu boşluğu doldurmağı çətin olacaq. Çünki 20 il Qasım Süleymani bu istiqamətdə fəaliyyət göstərdi. Xarizmatik general idi. Amerikalılar da bunu elə hesablayıblar ki, Süleymanini öldürməklə İranın bölgədəki maraqlarına zərbə vurmuş olacaqlar".

  • Paylaş:

  • Taqlar:

Nasib

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:28     10-Jul-2020     299
  • alternative title 12:26     10-Jul-2020     933
  • alternative title 12:15     10-Jul-2020     1277
  • alternative title 11:52     10-Jul-2020     1041
  • alternative title 11:50     10-Jul-2020     946
image title here

Some title