Loading alternative title

Deputat Zahid Oruc da Tofiq Yaqublunun həbs edilməsi məsələsinə toxunub. 

Millət vəkilinin sözlərinə görə, 15-dən yuxarı QHT nümayəndəsi T. Yaqublunun azad edilməsiylə bağlı ölkə başçısına müraciət etmək istəyir: “Onlar komitə sədri kimi müraciəti mənim çatdırmağımı təklif edib. Hakimiyyət orqanları Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil. Bunu tam məsuliyyətlə demək mümkündür. O əyani olaraq tanıdığımız insandır. Vaxtilə bir deputatın köməkçisi də işləyib”.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

O, həbsinə etiraz olaraq 2 həftədən çoxdur ki, aclıq aksiyası keçirir. 

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1187
  • alternative title 14:29     23-Sep-2020     1494
  • alternative title 14:13     23-Sep-2020     1184
  • alternative title 12:50     23-Sep-2020     1280
  • alternative title 12:48     23-Sep-2020     1151
image title here

Some title