Loading alternative title

Kişi insanların gözünün qarşısında qızını kəmərlə döyüb. Buna səbəb isə qızının Boqotada keçirilən etiraz aksiyalarında iştirak etməsi olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Norbeli Restrepo 19 yaşlı qızı Kərimədən nümayişlərdə iştirak etməməsini istəyib. Lakin qızı onun sözünə qulaq asmayıb və aksiyalara qoşulub. Bunu öyrənən ata hadisə yerinə gələrək elə etirazçıların gözü qarşısındaca onu kəmərlə döyməyə başlayıb.

Polislər qəzəbli ataya mane olmağa çalışsa da, buna asanlıqla nail ola bilməyiblər.

Sonradan kişi bunu qızının həyatı üçün qorxduğundan etdiyini deyib.

“Küçəyə çıxıb qızımı ölənlərin arasında, ya da əlil arabasında görmək istəmirəm”, - deyə o, bildirib.

Qeyd edək ki, Kolumbiyada yerli sakinlərdən birinin polis zorakılığının qurbanı olması ilə etiraz aksiyaları başlayıb. Onun karantin qaydalarını pozduğu üçün hüquq mühafizəçiləri tərəfindən saxlanıldığı bildirilir. Məlumata görə, Xavyer Ordanyesə qarşı dəfələrlə elektroşoker istifadə edilib və nəticədə kişi ölüb.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1037
  • alternative title 14:29     23-Sep-2020     1404
  • alternative title 14:13     23-Sep-2020     1123
  • alternative title 12:50     23-Sep-2020     1196
  • alternative title 12:48     23-Sep-2020     1128
image title here

Some title