Loading alternative title

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən Tərtər rayonunda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla, 59 mobil qrup yaradılıb. Yaradılmış mobil qrupun üzvləri rayon ərazisində karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparılır.

Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, sentyabrın 16-da keçirilən növbəti reyd zamanı mobil qrupun üzvləri sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, maarifləndirici söhbətlər aparıblar.

Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, gigiyenik qaydalara düzgün riayət olunması tövsiyə edilib. Ölkəmizdə pandemiya ilə mübarizədə görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Bildirilib ki, kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, birlik və həmrəylik nümayiş etdirməlidir. Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq üçün də ilk növbədə hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əməl etməlidir.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1187
  • alternative title 14:29     23-Sep-2020     1494
  • alternative title 14:13     23-Sep-2020     1184
  • alternative title 12:50     23-Sep-2020     1280
  • alternative title 12:48     23-Sep-2020     1151
image title here

Some title