Loading alternative title
alternative title

Bakı sakinini borca görə döyüb öldürdülər

14:49     16-Sep-2020     1922

Bakının Xətai rayonunda törədilən ağır cinayətin qurbanı Orxan Yusifli olub.

Bu barədə prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 13-də münaqişə zəminində onun başına daşla vurulub. Nəticədə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən kişi iki gün sonra ölüb.

Əvvəlcə cinayət işi xuliqanlıq kimi qiymətləndirilib, lakin zərərçəkmişin ölümündən sonra rayon prokurorluğu 221-ci maddəni 126.3-lə (sağlamlığa ağır zərər vurma, bir nəfərin ölümü ilə nəticələnmə) əvəz edib. Faktla əlaqədar 1990-cı il təvəllüdlü Kamran Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd olunub ki, gənclər arasında münaqişə münasibətləri müəyyənləşdirmək məqsədi ilə baş verib.

Bununla birlikdə, davada daha iki nəfərin iştirakı ilə bağlı cinayətin digər təfərrüatları da məlum olub.

Hüquq-mühafizə orqanları O.Yusiflinin narkotik istifadəçisi olduğunu bildirib. İlkin məlumatlara görə, o, daim dostlarından borc pul alıb və qaytarmayıb. Borclularla onun arasında münaqişə yaşanıb. Nəticədə ölümlə nəticələnən mübahisə baş verib.

Cinayətin digər iştirakçılarının şəxsiyyətinin müəyyən olunduğu qeyd edilir. Hazırda onların məsuliyyətə cəlb edilməsi məsələsi həll olunur.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1166
  • alternative title 14:29     23-Sep-2020     1404
  • alternative title 14:13     23-Sep-2020     1123
  • alternative title 12:50     23-Sep-2020     1225
  • alternative title 12:48     23-Sep-2020     1128
image title here

Some title