Loading alternative title

Niderlandda Azərbaycan Evi təşkilatının Xristian-Demokrat Çağırışı (CDA) Partiyasının və Elektron Sərhədlər Fondunun (EFF) Haaqadakı beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Veykhuys, Astrid Frey, Hege Knaven, Daniel Franken ilə videogörüşü keçirilib.

Anton Veykhuysun giriş sözü ilə açdığı tədbirdə Niderlandda Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli çıxış edib. Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsində Rusiya amili, Avropa dövlətlərində ermənilərin “Asala” terror təşkilatının adının yazıldığı geyimlərdə sərbəst dolaşması, Avropa mediasında Dağlıq Qarabağ bölgəsi barədə birtərəfli və qərəzli məqalələrin dərc edildiyi kimi məsələlərə diqqəti cəlb edən Elxan Mirhəşimli deyib ki, müstəqil Azərbaycan dövləti beynəlxalq hüquq normalarına və qanunlara uyğun olaraq işğala son qoyulmasını tələb edir.

Ermənistan silahlı qüvvələrinin 12 iyul təxribatını xatırladan E.Mirhəşimli qeyd edib ki, Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədinə xaincəsinə edilmiş hücum ölkəmizdən Avropaya tranzit daşınmaları yerinə yetirən qaz, neft, dəmir yolu xətlərini ələ keçirmək niyyəti güdürdü.

“Nəticədə Azərbaycan ordusunun 12 nəfər əsgər və yüksək rütbəli hərbçiləri, 1 nəfər mülki vətəndaşı şəhid oldu. Ermənistan sülhsevər deyil, təcavüzkar və işğalçı siyasət yürüdür”, - deyə soydaşımız vurğulayıb.

O, Avropanın bir sıra ölkələrinin hələ də Ermənistanın işğalçı siyasətinə göz yummasını, bu faşist mahiyyətli təcavüzkar dövləti himayə etməsini yolverilməz hal adlandırıb.

Asrtid Freyin “Sizin və eləcə də ermənilər üçün Qarabağ niyə bu qədər önəmlidir? Qarabağın təbii sərvətləri varmı?” sualını həmvətənimiz belə cavablandırıb:

“Qarabağda neft və qaz kimi təbii sərvət yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Ermənilər bizim torpaqlarda bizimlə birlikdə yaşamaq istəmirlərsə, gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına izn verə bilmərik. Hər hansı bir dövlətdə, deyək ki, Niderlandda ermənilər toplum halında yaşayırsa, bu o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdır”.

Sonda Qarabağ həqiqətlərinin olduğu kimi Niderland ictimaiyyətinə çatdırılması məqsədilə yerli siyasi, ictimai və media nümayəndələrinin Azərbaycan icmasının fikrini öyrənməsinin vacibliyi vurğulanıb.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Spiker Moskvaya getdi - FOTO

17:12     21-Sep-2020     1023

Xarici işlər naziri Gürcüstana gedir

16:13     21-Sep-2020     1186

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:14     21-Sep-2020     217
  • alternative title 15:08     21-Sep-2020     370
  • alternative title 15:06     21-Sep-2020     1334
  • alternative title 14:53     21-Sep-2020     1301
  • alternative title 14:51     21-Sep-2020     1390
image title here

Some title