Loading alternative title

Özbəkistanın “orol24.uz” portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin Ermənistan tərəfindən dağıdılması ilə bağlı rus dilində məqalə yayıb.

Tanınmış tarixçi alim Rüzvan Hüseynovun “Abidələrlə müharibə. Azərbaycan Ermənistanı müsəlman dünyasına qarşı cinayətlərdə günahlandırır” sərlövhəli məqaləsində bildirilir ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində minlərlə nadir tarixi, dini və mədəniyyət abidəsi dağıdılıb, təhqir edilib və ya saxtalaşdırılıb.

Yazıda bildirilir ki, ermənilər Şuşada Yuxarı Gövhərağa məscidini fars abidəsi kimi bərpa edib və bu abidəyə “Fars mədəniyyət mərkəzi” adı verilib. Məlumdur ki, məscid XIX əsrdə Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər Ağanın əmri ilə inşa olunub. Ermənilər bünövrəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli Xan tərəfindən qoyulan Şuşa qalasını da eyni məqsədlə bərpa etməyi nəzərdə tuturlar.

Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizə təyin edilmiş yeni səfirinin etimadnaməsini qəbul edərkən bu məsələyə də toxunaraq deyib: “Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal olunmuş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta heyvan saxlanılır. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə də tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

Yazıda qeyd olunur ki, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda kurqanlar, məscidlər, Qafqaz Albaniyasına aid abidələr və digər maddi-mədəniyyət nümunələri dağıdılıb.

Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xurşidbanu Natəvanın, Mir Mövsüm Nəvvabın mülkləri, Köçərli və Mərdinli cümə məscidləri, Molla Pənah Vaqifin türbəsi, qədim qəbiristanlıqlar məhv edilib.

Yazıda Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərimizdə dağıdılan abidələr, məktəblər, mədəniyyət evləri, parklar haqqında da söhbət açılır.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc edilib.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1226
  • alternative title 14:29     23-Sep-2020     1494
  • alternative title 14:13     23-Sep-2020     1184
  • alternative title 12:50     23-Sep-2020     1280
  • alternative title 12:48     23-Sep-2020     1191
image title here

Some title