Loading alternative title

Bu ilin 6 ayı ərzində 78 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb.

Bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Qeyd olunub ki, 2019-cu ilin birinci yarımili ilə müqayisədə 5 hadisə azalıb. Artım tendensiyası müşahidə edilən cinayətlər qəsdən sağlamlığa ağır zərər vurma 13,6 faiz, zorlama 57 faiz, narkotik vasitələrin qanunsuz dövriyyəsi 17,5 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 15,4 faiz, soyğunçuluq 4,8 faiz, quldurluq 4,2 faiz, oğurluq isə 1,3 faiz  artmışdır ki, bu tendensiyanın səbəbləri təhlil edilməklə qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi təmin ediləcək.   

Ümumilikdə ölkə üzrə cəmi 6.933 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 827-si prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları 349, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5 070 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib, prokurorluq orqanlarında 478, ümumilikdə isə 1.863 cinayət işinin icraatına xitam verilib.

Respublika üzrə qeydə alınan cinayət işləri üzrə ümumilikdə 87 milyon 691 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 52,2 faizinin, yəni 46 milyon manat hissəsinin ödənilməsinə nail olunub.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1037
  • alternative title 14:29     23-Sep-2020     1404
  • alternative title 14:13     23-Sep-2020     1123
  • alternative title 12:50     23-Sep-2020     1225
  • alternative title 12:48     23-Sep-2020     1128
image title here

Some title