Loading alternative title

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna xüsusi diqqət ayırıb, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab edib. Bu məqsədlə kitabxananın sosial şəbəkələrində Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqanurov, Fərid Əhmədov, Yuriy Kovolyov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında videoçarxlar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, kitabxana Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində təşkil olunub. Virtual kitab sərgisində Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmancasına həlak olması, hətta səngərdən ailəsinə yazdığı məktub belə öz əksini tapıb. Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 15-dən çox kitab da sərgidə yer alıb.

Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldəlməsinə, izləyicilərimizi Azərbaycanın Milli qəhrəmanı haqqında məlumatlandırmağa yönəldilmiş bu virtual kitab sərgisi qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Əfsanəvi qəhrəman” adlı virtual kitab sərgisi ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://www.instagram.com/p/CDLn0PPhqMo/

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1037
  • alternative title 14:29     23-Sep-2020     1404
  • alternative title 14:13     23-Sep-2020     1123
  • alternative title 12:50     23-Sep-2020     1225
  • alternative title 12:48     23-Sep-2020     1128
image title here

Some title