Loading alternative title

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayonunun sakini Nicat Nuriyev tutulub.

Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə aldığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:49     23-Sep-2020     1187
  • alternative title 14:29     23-Sep-2020     1428
  • alternative title 14:13     23-Sep-2020     1151
  • alternative title 12:50     23-Sep-2020     1225
  • alternative title 12:48     23-Sep-2020     1128
image title here

Some title