Loading alternative title

İsmayıllı rayonunda koronavirus pandemiyasına qarşı tətbiq olunan karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən riayət olunmasına nəzarət məqsədilə keçirilən reydlər davam edir.

Rayon icra hakimiyyətindən bildirilib ki, modul qruplar tərəfindən gün ərzində ticarət və iaşə obyektlərinə, insanların sıx toplaşdıqları yerlərə keçirilən reydlər zamanı maarifləndirici söhbətlər aparılır, pandemiyanın yaratdığı və yarada biləcəyi təhlükələr izah edilir, pulsuz maskalar paylanılır.

Təkcə üç gün ərzində rayonda 700-dən çox obyektdə reyd keçirilib. Onlardan 21-nin sahibinə xəbərdarlıq olunub. Habelə karantin rejiminin qaydalarına əməl etməyən 600 nəfərdən çox vətəndaşa xəbərdarlıq edilib, 7 nəfərə cərimə protokolu yazılıb.