Loading alternative title

“Ötən gün Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimin qondarma “naziri” ilə görüşündə Azərbaycan-Ermənistan beynəlxalq sərhədində təcavüzkar Ermənistanın hücum cəhdini müzakirə etməsi bu ölkənin növbəti təxribatçı addımıdır”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyildir:

“O ki qaldı gərginliyin azaldılması və atəşkəsə riayət olunması məsələsinə, atəşkəs münaqişənin həlli deyil, atəşkəsin məqsədi münaqişənin əsas fəsadlarının aradan qaldırılması, ilk növbədə isə beynəlxalq birliyin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üçün hərtərəfli və mahiyyət üzrə danışıqların başlanmasına zəmin yaradılmasından ibarətdir.

Atəşkəs mexanizmləri Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması çərçivəsində texniki məsələ kimi nəzərdən keçirilməlidir”.

“Əgər Ermənistan həqiqətən sülhə nail olmaq istəyirsə, o zaman atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır”, - XİN rəsmisi vurğulayıb.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:44     05-Aug-2020     1770
  • alternative title 15:56     05-Aug-2020     2430
  • alternative title 14:38     05-Aug-2020     2520
  • alternative title 12:55     05-Aug-2020     2785
  • alternative title 12:11     05-Aug-2020     2985
image title here

Some title