Loading alternative title

Səudiyyə Ərəbistanının nüfuzlu “Arabnews” qəzetinin “Associated Press” informasiya agentliyinə istinadən dərc etdiyi ABŞ-ın “Heritage” Fondunun sədri Lyuk Koffinin “Ermənistan-Azərbaycan toqquşmaları Gəncə dəhlizi ətrafında vəziyyəti gərginləşdirdi” sərlövhəli məqaləsi böyük rezonans doğurub.

Tanınmış politoloqun Ermənistanın hərbi təxribatı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv mülahizələri ermənipərəst qüvvələrin narahatlığına səbəb olub. Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlıların, səfirliyimizin əməkdaşlarının səyləri ilə onların qarşısı alınıb, məqalənin “şərh” bölməsində müəllifə olan hücumlara və təzyiqlərə son qoyulub.

Məqalədə iyulun 12-də Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin erməni ordusu tərəfindən atəşə tutulmasının səbəbləri araşdırılır. Müəllif qeyd edir ki, 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürüb. Həmin vaxtdan hər iki tərəf münaqişə vəziyyətindədir və ermənilər Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın təxminən 20 faiz ərazisini işğal ediblər. Milyonlarla etnik azərbaycanlı evlərindən didərgin düşüb və indi məcburi köçkün kimi yaşayır. 1994-cü ildə atəşkəs sazişi imzalanıb. 2016-cı ilin aprelində dörd gün davam edən gərgin döyüşlər münaqişəni yenidən alovlandırıb, 2018-ci ilin əvvəlində Azərbaycanın Silahlı Qüvvələri ölkənin Naxçıvan Muxtar Respublikasının dağlıq bölgəsində strateji nöqtədə yerləşən kiçik Günnüt kəndinin ətrafındakı ərazini geri almaq üçün əməliyyatı uğurla həyata keçirib. Bu iki hadisə 1994-cü ildən bəri sözügedən ərazidə dəyişiklik sayıla bilər.

Məqalədə Ermənistanın son təxribatının səbəblərindən bəhs olunur. Son döyüşlərin baş verdiyi ərazinin strateji baxımdan mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilir. Vurğulanıb ki, Tovuzun Ağdam kəndi Avrasiya qitəsinin mərkəzində yerləşən Xəzər bölgəsini Avropa və beynəlxalq enerji bazarları ilə birləşdirən əsas neft və qaz kəmərlərindən bir neçə kilometr aralı məsafədə yerləşir. “Xəritəyə nəzər saldıqda, Avropa ilə Asiya arasında enerji axınının və quru ticarətinin yalnız İran, Rusiya və ya Azərbaycan vasitəsilə mümkün olduğunu görə bilərsiniz. Qərb Moskva və Tehran arasında münasibətlərdə baş verən problemlərə görə yüz milyard ABŞ dolları dəyərində ölçülən ticarətin Azərbaycan vasitəsilə həyata keçirilməsinə üstünlük verir”, - deyə müəllif yazıb. Amerikalı politoloq əlavə edib ki, son döyüşlərin əksəriyyətinin baş verdiyi rayon Gəncəətrafı ərazinin ortasında yerləşir, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Supsa boru kəməri və Cənub Qaz Dəhlizi, Qərbi Avropanı Xəzər regionu ilə birləşdirən fiber-optik kabellər, mühüm avtomobil və dəmir yolları sözügedən ərazidən keçir. Aydındır ki, toqquşmalar Gəncəətrafı ərazilərin təhlükəsizliyini təhdid edə bilər.

Yazıda bildirilir ki, erməni qüvvələri tamamilə geri çəkilməyincə və Azərbaycan öz əraziləri üzərində suverenliyini bərpa etməyincə, bu münaqişə dünyanın ən vacib neft və qaz boru kəmərlərinin üzərində asılan “Damokl” qılıncı kimi qalacaqdır. Siyasətçilər münaqişəni yerli problem hesab edərək, toqquşmaların yaranmasına imkan verməməlidirlər. Əksinə, beynəlxalq birlik 32 illik münaqişənin dayanıqlı həllinə nail olmaq üçün birlikdə çalışmalıdır.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:44     05-Aug-2020     1859
  • alternative title 15:56     05-Aug-2020     2509
  • alternative title 14:38     05-Aug-2020     2631
  • alternative title 12:55     05-Aug-2020     2890
  • alternative title 12:11     05-Aug-2020     3039
image title here

Some title