Loading alternative title

Almaniyanın “Südthüringer Zeitung” qəzetində Xocalı soyqırımından bəhs edən “Parlament axşamında Xocalı faciəsinin nəticələri müzakirə edilir” başlıqlı məqalə dərc olunub. Tarixçi-jurnalist, Şərqi Avropa üzrə mütəxəssis Urs Unknauf tərəfindən yazılmış məqalədə münaqişənin tarixinə toxunulur, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, 1992-ci ilin 26 fevralında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı amansız qətliam törədildiyi və bunun bir sıra nüfuzlu beynəlxalq mütəxəssislər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və insanlığa qarşı cinayət kimi qiymətləndirildiyi vurğulanır.

AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı qətliamının təfərrüatları barədə məlumat verilir, 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın qətlə yetirildiyi, 8 ailənin tamamilə öldürüldüyü, 25 uşağın hər iki valideynini və 130 uşağın bir valideynini itirdiyi, 487 insanın əlil edildiyi, 1275 mülki şəxsin erməni qüvvələri tərəfindən əsir götürüldüyü və işgəncələrə məruz qaldığı, 150 insanın indiyədək itkin olduğu bildirilir. Qeyd edilir ki, 28 fevralda azərbaycanlı jurnalistlər və 1 martda beynəlxalq jurnalistlər hadisə yerində olmuş, öldürülmüş azərbaycanlıların cəsədlərinin təhqir edilməsinin şahidi olmuşlar. Əlavə edilir ki, dünyada 10 dövlət, ABŞ-ın 20-dən çox ştatı, 51 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı olaraq tanıyıb.

Məqalədə, həmçinin Berlində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə keçirilmiş tədbirin iştirakçıları və orada edilən çıxışlar barədə məlumat verilir. Bundestaqın vitse-prezidenti Tomas Oppermanın çıxışında mövzunun aktuallığını diqqətə çatdırdığı vurğulanır. Bildirilir ki, tədbirdə Bundestaqın deputatları, Xarici işlər komitəsinin üzvü Nikolas Löbel, Xarici işlər komitəsinin sədr müavini və Almaniyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Daniela De Ridder, Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer, eləcə də Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse və Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisinin iştirakı ilə Ermənistan-Azərbaycan münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub, BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd edilib, hazırkı status-kvonun qəbuledilməz və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırış edilib. Tədbirdə, eyni zamanda, Azərbaycanın Almaniya və Avropa üçün etibarlı tərəfdaş və regionda sabitlik lövbəri olmasının qeyd edildiyi diqqətə çatdırılır.

Müəllif Almaniyanın bu münaqişəyə dair mövqeyinin beynəlxalq hüquqa və İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməyə söykəndiyini qeyd edir. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən indiyədək davam edən, beynəlxalq hüquqa zidd işğalına son qoyulmasının, Xankəndi, Şuşa, Xocalı və digər ərazilərdən qovulmuş azərbaycanlıların geri qayıtmasına imkan yaradılmasının, 1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının Almaniyada da rəsmi olaraq tanınmasının əhəmiyyətini vurğulayır.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:44     05-Aug-2020     1810
  • alternative title 15:56     05-Aug-2020     2469
  • alternative title 14:38     05-Aug-2020     2593
  • alternative title 12:55     05-Aug-2020     2855
  • alternative title 12:11     05-Aug-2020     3018
image title here

Some title