Loading alternative title

Birləşmiş Millətlər Təşkilatının Avropa ölkələri üçün İqtisadi Komissiyası (UNECE) özünütəcrid zamanı heyvanlar, quşlar və bitkilərin heyrətamiz şəkilləri üzrə müsabiqə keçirir.

Müsabiqə şəkilləri internet qalereyasında nümayiş olunmaq şansı qazanacaq və BMT tərəfindən təbliğ ediləcək. Ən yaxşı 13 fotoşəkil UNECE-nin 2021-ci il təqvimində işıqlandırılacaq, həmçinin gələn ilin payızında BMT-nin Cenevrə bölməsindəki Millətlər Sarayında təşkil ediləcək fot sərgidə nümayiş olunacaq.

Müsabiqə hər kəs üçün açıqdır. Hər bir iştirakçı maksimum 3 fotoşəkil təqdim edə bilər. Təqdim edilən bütün fotoşəkillər JPEG formatda olmalıdır, digər formatlar qəbul edilməyəcək.

Müraciətlərə UNECE-nin Meşələr və Meşə Sənayesi və Ətraf Mühit Siyasəti Komitələrinin Büro üzvləri, eləcə də təbiət fotoqraflarından ibarət münsiflər baxacaq. Seçim meyarlarına texniki keyfiyyət, vizual təsir və fotoşəkilin orijinallığı daxildir. Qalib fotolardan başqa qəbul meyarlarına cavab verən bütün digər diqqətəlayiq fotoşəkillər təşkilatçıların veb-saytları və ya sosial media hesabları vasitəsilə paylaşılacaq.

Ətraflı məlumat əldə etmək və yarışmaya qatılmaq üçün “natureunlocked.unece.org” saytına daxil olun.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:44     05-Aug-2020     1723
  • alternative title 15:56     05-Aug-2020     2381
  • alternative title 14:38     05-Aug-2020     2520
  • alternative title 12:55     05-Aug-2020     2785
  • alternative title 12:11     05-Aug-2020     2953
image title here

Some title